Tədbirdə Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının nümayəndəsi Rəna Kərimova, Nərimanov rayonunda fəaliyyət göstərən məhəllə komitələri sədrlərinin iştirakı ilə geniş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Bələdiyyə sədri Təmraz Tağıyev görüşün önəmini vurğuladı və qeyd etdi ki, hər il olduğu kimi bu ildə 31 oktyabr-5 noyabr 2016-cı il tarixlərini əhaət edəcək Həftə çərçivəsində yerli və regional hakimiyyət orqanları eləcə də yerli hakimiyyətlərin milli assosiasiyaları bir və ya bir neçə gün ərzində yerli həyatın müxtəlif məsələləri ilə bağlı cəmiyyətin müxtəlif təbəqələri üçün müxtəlif növ tədbirlər: prezentasiyalar, dəyirmi masalar, ictimai dinləmələr, mətbuatda, televiziya və radioda “sual-cavab” formatlı görüşlər, bələdiyyə və icra hakimiyyətlərində “açıq qapı” günləri, sərgilərin təşkili, bələdiyyələrdə qaçqın və köçkün insanlarla görüş, “qaynar xətt” və internet-konfranslar həyata keçiriləcəkdir. Bugünki tədbir də məhz bu məqsədləri özündə birləşdirir. T. Tağıyev Azərbaycanın müstəqil və sivil bir dövlət kimi demokratik prinsiplər və dəyərlər əsasında inkişafında xalqımızın ümummilli lideri, dahi rəhbər Heydər əliyevin müstəsna rolu olduğunu diqqətə çatdıraraq qeyd edilmişdir ki, Ulu öndərin layiqli davamçısı olan ölkə başçısı ilham əliyevin gərgin və çoxşaxəli prezidentlik fəaliyyəti sayəsində Azərbaycan son illərdə böyük intibah dövrü keçirərək, bütün sahələrdə inanılmaz sürətli inkişafa, yüksək uğurlara nail olmuşdur. Eyni zamanda ölkədə yerli və regional idarəetmə institutunun son illərdə ən yüksək səviyyədə formalaşması bunun əyani sübutudur.
Sonra Nərimanov rayon sakinləri əli Məmmədov, professor Vilayət əliyev, Assosiasiyasının nümayəndəsi Rəna Kərimova, Gözdən əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək artıq uzun illərdir ki ölkəmizdə keçirilən “Yerli Demokratiya həftəsi”nin yeni, müasir vətəndaş cəmiyyətinin formalaşmasında, fəallığının artmasında rolunu diqqətə çatdırdılar. Bildirilmişdir ki, Nərimanov rayonunda sakinlərlə görüşlərin təşkilinə, onları narahat edən problemlərin diqqətlə araşdırılmasına nail olunmalı, Bələdiyyə-vətəndaş münasibətlərində qarşılıqlı anlaşma təmin edilməli, hər bir sakininin, hər bir ailənin müraciət və təkliflərinin reallşmasına maksimum səy göstərilməlidir. Məhəllə komitələri fəallarının diqqəti məhz bu sahəyə yönəldilmiş, “demokratiya həftəsi” əhali ilə səmimi ünsiyyət yaradılmasının, aşkarlıq və demokratiya şəraitində görüşlərin keçirilməsinin vacibliyi və məqsədəuyğunluğu diqqətə çatdırılmışdır. Keçiriləcək görüşlərdə gənclərin də fəal iştirakının təmin edilməsinin, onların arzu və təkliflərini, cəmiyyətimizin inkişafı ilə bağlı ideyalarını işgüzarlıq və qayğıkeşliklə qəbul edərək, qaldırılmış məsələlərin reallaşması işinə məhz gənclərin özünün cəlb edilməsinə nail olunmasının mühüm əhəmiyyət kəsb edəcəyi və bunun vacib bir amili kimi ictimai-demokratik fəallığın daha da artmasına müsbət təsir göstərəcəyi bildirilmişdir.
Tədbirin sonunda “demokratiya həftəsi”nin Nərimanov rayonunda yüksək səviyyədə keçirilməsi, real nəticələrə nail olunması ilə bağlı məhəllə komitələri fəallarının təklifləri dinlənilmiş, bir sıra yaşayış sahələrinin həlli vacib məsələləri müzakirə edilmişdir. Nəzərə çatdırılmışdır ki, Bələdiyyə və onun məhəllə komitələri hazırda təqaüddə olanların, şəhid ailələrinin, kimsəsizlərin müraciətlərinə daha çox diqqətlə yanaşmalı, bütün imkan və resurslardan istifadə edərək, onların ehtiyaclarının ödənilməsinə səy göstərməli, istəklərini maksimum yerinə yetirməyə çalışmalıdırlar.
Belediyye.info
|
|
|
|